BAKI, 4 fevral. TELEQRAF
ABŞ-nin keçmiş prezidenti Co Baydenin həyat yoldaşı Cill Baydenin birinci əri qətl ittihamı ilə həbs edilib.
Teleqraf xəbər verir ki, bu barədə "NBC" məlumat yayıb.
"Xanım Jill Baydenin keçmiş əri həbs edilib. O, hazırkı həyat yoldaşını öldürməkdə ittiham olunur", - deyə açıqlamada bildirilir.
77 yaşlı Uilyam Stivenson 500 min dollar girov müqabilində zaminə buraxılıb.
Qətlin təfərrüatı məlum deyil.
Dekabr ayında polis məişət zorakılığı barədə məlumat aldıqdan sonra Stivensonun evinə gəlib. Uilyamın həyat yoldaşı Linda huşsuz vəziyyətdə tapılıb. Onu xilas etmək mümkün olmayıb.