BAKI, 3 fevral. TELEQRAF

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüş üç saat yarım davam edib

Görüşdə İsrailin müdafiə naziri İsrael Katz, Baş Qərargah rəisi general-leytenant Eyal Zamir, “Mossad”ın rəhbəri Dadi Barnea, Hərbi Kəşfiyyat İdarəsinin rəisi Şlomi Binder, Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Tomer Bar, Əməliyyatlar İdarəsinin rəisi general-mayor İtsik Koen və Planlaşdırma İdarəsinin rəisi general-mayor Hadi Zilberman da iştirak ediblər.