BAKI, 3 fevral. TELEQRAF
İran ABŞ ilə görüşün Türkiyədə deyil, Omanda keçirilməsini istəyir.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrinə istinadən məlumat yayıb.
“İranlılar danışıqların İstanbuldan Omana köçürülməsini istəyirlər. Onlar həmçinin görüşlərin yalnız ABŞ ilə ikitərəfli formatda keçirilməsində israrlıdır”, – məlumatda qeyd olunur.