BAKI, 3 fevral. TELEQRAF
İran hazırda zənginləşdirilmiş uranı dağıntılar altından çıxarmaq üçün heç bir addım atmır və ehtiyatların dəqiq həcmi məlum deyil.
Teleqraf xəbər verir ki, bu barədə İranın ali rəhbəri Ayətullah Xameneinin müşaviri Əli Şamxani “Al Mayadin” telekanalına müsahibəsində bildirib.
Əli Şamxaninin sözlərinə görə, zənginləşdirilmiş uran ehtiyatları dağıntılar altında qaldığı üçün onların miqdarı barədə dəqiq məlumat yoxdur. O qeyd edib ki, mövcud risklər nəzərə alınaraq uranın çıxarılması ilə bağlı hələlik heç bir təşəbbüs irəli sürülməyib.
Şamxani vurğulayıb ki, məhz bu səbəbdən İran tərəfi Beynəlxalq Atom Enerjisi Agentliyi ilə urana çıxış və ehtiyatların qiymətləndirilməsi məsələləri üzrə danışıqlar aparır.