BAKI, 2 fevral. TELEQRAF

Türkiyə, Misir və Qətər hakimiyyətləri ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun İran təmsilçiləri ilə görüşünü Ankarada təşkil etmək üçün səylər göstərir.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı yazır.

Məlumata görə, görüşün yaxın günlərdə Ankarada keçirilməsi istiqamətində iş aparılır və prosesdə Türkiyə, Misir və Qətər fəal iştirak edir. Mənbələrin bildirdiyinə görə, danışıqların bir həftə ərzində baş tutması mümkündür.

Vasitəçi ölkələr hesab edirlər ki, ABŞ və İran arasında mümkün məsləhətləşmələr regionda müharibə riskinin qarşısını ala bilər. Bildirilir ki, tərəflər arasında əlaqələrin qurulması istiqamətində səylər davam edir.

ABŞ rəsmisi də ABŞ və İran nümayəndələrinin Türkiyədə bir həftə ərzində görüşə biləcəyi ehtimalını təsdiqləyib.