BAKI, 30 yanvar. TELEQRAF

ABŞ-nin aparıcı korporasiyaları iqtisadi qeyri-müəyyənlik və süni intellektə investisiyalar səbəbindən 52 mindən çox iş yerini ixtisar etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.

Ən böyük ixtisarları "UPS" elan edib. Şirkət 2026-cı ilə qədər təxminən 30 min işçini işdən çıxarmağı planlaşdırır. Baş maliyyə direktoru Brayan Dayksın sözlərinə görə, qərar "Amazon"un çatdırılma həcmlərinin azalması və xərclərin optimallaşdırılması zərurəti ilə əlaqədardır.

"Amazon" idarəetmə proseslərini sadələşdirmək məqsədilə 16 min işçisini ixtisar etməyi planlaşdırır. "Dow" şirkəti əməliyyat modelini nəzərdən keçirmək çərçivəsində 4500 işçini ixtisara salacaq.

"Meta" şirkəti təxminən 1500 iş yerini ləğv edəcək, "Autodesk" 1000 işçini ixtisar etməyi planlaşdırır. "Pinterest" isə süni intellekt layihələrinə investisiya məqsədilə işçi qüvvəsini 15% azaltmaq qərarına gəlib.