BAKI, 30 yanvar. TELEQRAF
Venesuelanın səlahiyyətli Prezidenti Delsi Rodrigez ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Marko Rubio ilə telefon danışığı apardığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Rodrigez "Venezolana de Televisión" telekanalına verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, söhbət zamanı hər iki ölkənin üzərində işlədiyi işgüzar gündəlik müzakirə edilib, tərəflər bir sıra mühüm məsələlərə toxunublar.
Xüsusilə Venesuelanın hava məkanında kommersiya uçuşlarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması məsələsi müzakirə olunub. Rodrigez bildirib ki, reyslər həyata keçirməli olan bütün aviaşirkətlər uçuşlara başlaya, investisiya qoymaq istəyən investorlar isə ölkəyə gələ bilərlər.