BAKI, 27 yanvar. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın ölmüş əsgərlərinin ailələrinə və ehtiyacı olan təbəqələrə 10 milyon dollar maliyyə yardımı edilməsi ilə bağlı qərarı həqiqəti əks etdirmir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.

Rəsmi açıqlamada bu iddiaların tamamilə əsassız olduğu bildirilib:

"İctimaiyyət ölkə və Azərbaycan-Türkiyə münasibətlərinə yönələn dezinformasiyalara etibar etməməli, yalnız rəsmi orqanların verdiyi açıqlamalara əsaslanmalıdır".

Qeyd edək ki, bundan əvvəl bəzi KİV-lərdə və sosial media platformalarında Rəcəb Tayyib Ərdoğanın Ermənistanın ölmüş əsgərlərinin ailələrinə və ehtiyacı olan təbəqələrə 10 milyon dollar maliyyə yardımı edilməsi ilə bağlı qərar qəbul etdiyi xəbərləri yayılmışdı.