BAKI, 24 yanvar. TELEQRAF
ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" səhifəsində ilk dəfə olaraq Kanadanın Baş naziri Mark Karnini qubernator adlandırıb.
Teleqraf xəbər verir ki, Ağ Ev rəhbəri yazıb: "Əgər qubernator Karni Kanadanı Çin malları və məhsulları üçün tranzit nöqtəsinə çevirə biləcəyini düşünürsə, çox yanılır. Çin Kanadanı tamamilə əldə edəcək, onun biznesini, sosial quruluşunu və ənənəvi həyat tərzini məhv edəcək".
ABŞ Prezidenti Donald Tramp Çinlə əməkdaşlığa görə Kanadanı 100 % tariflərlə hədələyib.
Tramp daha əvvəl sosial media hesabında Kanada ərazisinin Amerika bayrağı ilə işarələndiyi bir şəkil paylaşmışdı .
Tramp əvvəllər Kanadanın baş naziri olanda Castin Trüdonu müntəzəm olaraq "qubernator" adlandırıb.