BAKI, 24 yanvar. TELEQRAF
Türkiyədə vəfat edən üzgüçü Nikolay Sveçnikovun nəşi Moskvaya aparılıb.
Teleqraf xəbər verir ki, bu barədə ailənin vəkili Alperen Çakmak bildirib.
Sveçnikov 24 avqust 2025-ci ildə Bosfor boğazında keçirilən genişmiqyaslı beynəlxalq üzgüçülük yarışının iştirakçılarından biri idi. Yarışda 81 ölkədən təxminən 3 min üzgüçü iştirak edirdi. Lakin rusiyalı üzgüçü finiş xəttinə çata bilmədi. Onun tapılması üçün 5 aydan çox axtarışlar apaılıb. Yanvarın 21-də onun cəsədi finiş xəttinin yaxınlığında tapılıb.