BAKI, 24 yanvar. TELEQRAF

ABŞ hələ də ələ keçirilən "Mariner" tankerindəki iki rus dənizçini azad etməyib.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Diplomat qeyd edib ki, Moskvanın Vaşinqtonun ən yüksək səviyyədə verdiyi vədi nə vaxt yerinə yetirəcəyi və Rusiya vətəndaşlarını nə vaxt azad edəcəyi ilə bağlı hələ də dəqiq məlumatı yoxdur.

Qeyd edək ki, yanvarın 7-də ABŞ sanksiyaları pozduğuna görə, Rusiyanın "Marinera" neft tankerini ələ keçirib. Ağ Evin mətbuat katibi Kerolin Levitt tankerin Venesuela kölgə donanmasının bir hissəsi olduğunu qeyd edib.

İki gün sonra ABŞ prezidenti Donald Tramp qaçırılan tankerin heyət üzvləri olan iki Rusiya vətəndaşının azad edilməsi barədə əmr verib. Gəmidə 17 Ukrayna vətəndaşı, kapitan da daxil olmaqla altı gürcü və üç hindistanlı da daxil olmaqla 28 nəfər var olub.