BAKI, 24 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya və Çinin Qrenlandiyada mədənçilik fəaliyyətini qadağan etmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, qadağa ada ilə bağlı mümkün razılaşmanın bir hissəsi kimi müzakirə olunur.

Qeyd olunur ki, NATO üzvü olmayan ölkələrə, xüsusən də Rusiya və Çinə Qrenlandiya buz təbəqəsinin dərinliyində basdırılmış nadir torpaq minerallarının hasilatı hüquqlarını əldə etmək qadağan ediləcək.