BAKI, 23 yanvar. TELEQRAF
İsveçrə Məhkəməsi, yanvarın 1-də yanğın nəticəsində 40 nəfərin öldüyü Krans-Montana kurortunda bar sahibinin 200.000 frank (254.000 dollar) girov müqabilində azadlığa buraxılması barədə qərar qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə məhkəmənin mətbuat üçün açıqlamasında bildirilib.
Bar sahibinin ölkədən çıxışı qadağandır. Onun bütün sənədləri prokurorluğa təqdim edilib və o, monitorinq üçün hər gün polis bölməsinə gəlməlidir.
Yanvarın 1-nə keçən gecə İsveçrənin mərkəzindəki məşhur xizək kurortu Krans-Montanadakı Le Constellation barında yanğın baş verib. Nəticədə 40 nəfər ölüb, 116 nəfər yaralanıb.