BAKI, 23 yanvar. TELEQRAF

Arktikada təhlükəsizliyin təmin edilməsi bütün NATO üçün ümumi vəzifə olmalı, bu prosesdə isə əsas rolu Avropa oynamalıdır.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Kir Starmerin Londonda Danimarkanın baş naziri Mette Frederiksenlə keçirdiyi danışıqlardan sonra Britaniya hökumətinin dəftərxanası tərəfindən yayılan bəyanatda bildirilib.

Qeyd olunur ki, liderlər son hadisələri müzakirə edərək Arktikada təhlükəsizliyin bütün NATO-nun məsuliyyəti olduğu və bu istiqamətdə aparıcı rolun Avropa və NATO-ya məxsus olmalı olduğu qənaətinə gəliblər.