BAKI, 18 yanvar. TELEQRAF
Finlandiya parlamentinin üzvləri Avropa İttifaqının ABŞ-dən strateji asılılığından imtina etməsinin zəruri olduğunu bildiriblər.
Teleqraf xəbər verir ki, bu barədə Finlandiyanın "Iltalehti" qəzeti məlumat yayıb.
Məlumata görə, Milli Koalisiya Partiyasından olan deputat Atte Kaleva ABŞ prezidenti Donald Trampın Danimarkanın ərazi bütövlüyünün qorunması ilə bağlı rüsumlar tətbiq etmək qərarından sonra Avropanın daha müstəqil siyasət yürütməli olduğunu qeyd edib.
«Bu, təkcə köhnə düşmənlərimizə deyil, təəssüf ki, ənənəvi dostlarımıza da aiddir», - deyə Kaleva bildirib.
Eyni partiyadan deputat Yarno Limnel isə Trampın hədələrinin ABŞ-nin xarici siyasət kursunda kəskin dəyişikliyə işarə etdiyini və bunun müttəfiqlərə münasibətdə yolverilməz olduğunu vurğulayıb.