BAKI, 18 yanvar. TELEQRAF

ABŞ hakimiyyət orqanları Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsinə yönəlmiş hərbi əməliyyatdan bir neçə ay əvvəl ölkənin daxili işlər naziri Diosdado Kabelyo ilə gizli danışıqlar aparıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumatlı mənbələrə istinadla yazır.

Məlumata görə, Donald Tramp administrasiyasının nümayəndələri Kabelyo ilə ABŞ-nin əməliyyatından aylar əvvəl təmas qurub və həmin vaxtdan bu yana onunla əlaqəni davam etdiriblər.

Qeyd olunur ki, əməliyyat zamanı Diosdado Kabelyo saxlanılmayıb.