BAKI, 18 yanvar. TELEQRAF
Almaniya kansleri Fridrix Merts ölkədə işləyən vətəndaşların xəstəlik məzuniyyətlərinin yüksək səviyyəsini tənqid edib.
Teleqraf xəbər verir ki, bu barədə "Tagesspiegel" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, 2025-ci ildə alman vətəndaşları orta hesabla 14,5 gün xəstəlik səbəbindən işdən uzaq qalıblar. Merts bildirib ki, bu, təxminən üç həftədir və vətəndaşların xəstəliklər səbəbindən işdə olmamasına dair suallar doğurur.
Kansler həmçinin pandemiya dövründən qalan, telefonla xəstəlik məzuniyyəti alma imkanını tənqid edib. Onun sözlərinə görə, hökumət vətəndaşları işlərini görməyə təşviq edəcək düzgün mexanizmləri müəyyən etməlidir.