BAKI, 17 yanvar. TELEQRAF
Ukrayna ordusu işğal olunmuş Donetsk vilayətində Rusiya qoşunlarının hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub.
Teleqraf xəbər verir ki, bu barədə “Unian.net" Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla məlumat yayıb.
Həmçinin bildirilir ki, gün ərzində Krımda “Nebo-U” radiolokasiya stansiyası, Xutorok yaşayış məntəqəsi yaxınlığında “Pantsir-S1” zenit-raket və artilleriya kompleksi vurulub.