BAKI, 17 yanvar. TELEQRAF

Bu il Estoniyanın müdafiə büdcəsi ümumi daxili məhsulun 5,4%-nə çatacaq.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kristen Mixal bildirib.

Estoniya hökumətinin başçısı vurğulayıb ki, 2026-cı ildə müdafiə xərcləri 2,4 milyard avro olacaq ki, bu da ÜDM-nin 5,43%-i deməkdir.

O həmçinin Müdafiə Nazirliyinin ötən il planlaşdırılan bütün satınalmaların uğurla başa çatdığını və nəticədə ümumi dəyəri 545 milyon avro olan silah və sursatın əldə edildiyini qeyd edib.

Baş nazir əlavə edib ki, Estoniya yeni K9 özüyeriyən artilleriya qurğuları və HIMARS mobil çoxnövlü raket sistemləri alıb.