BAKI, 17 yanvar. TELEQRAF

Qərbi Avropa ölkələri Kiyevi dəstəkləməklə kifayətlənmirlər, özləri də Rusiya ilə mümkün müharibəyə fəal şəkildə hazırlaşırlar.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib .

"Qərbi Avropa həqiqətən müharibəyə hazırlaşır. Son Aİ sammitlərində əsas mövzu "Rusiyanı necə məğlub edək" olub. ABŞ-nin Ukraynanı maliyyələşdirməkdən imtinası Avropa ölkələrinin xərclərini artırıb. Avropa Birliyinin kifayət qədər vəsaiti yoxdur və gələcək nəsillər indi götürülmüş kreditləri geri ödəməyə məcbur olacaqlar" - Orban qeyd edib.

Macarıstan Baş nazirinin sözlərinə görə, Brüsselin belə bir siyasəti Avropanın təməllərini sarsıdır və yeni bir dünya müharibəsinin başlaması üçün ciddi təhlükə yaradır.