BAKI, 17 yanvar. TELEQRAF

Çeçenistan Təhlükəsizlik Şurasının katibi Adam Kadırov “Atom elektrik stansiyalarının təhlükəsizliyinin artırılmasında xidmətlərə görə” qızıl medalla təltif olunub.

Teleqraf xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Telqram kanalında məlumat yayıb.

Mükafat Rosqvardiyanın Çeçenistan Respublikası üzrə idarəsinin “Axmat-Qroznı” OMON-unun komandiri Anzor Bissayev tərəfindən təntənəli şəraitdə təqdim edilib.

Qeyd edək ki, ötən gün Qroznıda baş verdiyi iddia olunan yol-nəqliyyat hadisəsi nəticəsində Adam Kadırovun xəsarət alması ilə bağlı məlumatlar yayılmışdı.