BAKI, 15 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Venesuelanın səlahiyyətli prezidenti nümayəndəsi Del­si Rodriqezlə telefon danışığını müsbət qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp "Truth Social" səhifəsində paylaşım edib.

“Venesuelanın sabitləşdirilməsi və bərpasına dəstək işində böyük irəliləyiş əldə edirik. Bir çox mövzuları, o cümlədən neft, minerallar, ticarət və əlbəttə ki, milli təhlükəsizliyi müzakirə etdik”, - Tramp bildirib.