BAKI, 11 yanvar. TELEQRAF
Ukrayna Müdafiə Qüvvələri Xəzər dənizində “Lukoil”a məxsus üç qazma qurğusunu, Luqansk bölgəsində müvəqqəti işğal olunmuş ərazidə Rusiyanın Buk-M3 zenit-raket sistemini, həmçinin Xerson bölgəsində Rusiya ordusunun 49-cu Ordusuna aid loqistik bölməni məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.
Bildirilib ki, Xəzər dənizində vurulan obyektlər Rusiya ordusunun hərbi fəaliyyətinə dəstək məqsədilə istifadə olunub. Zərbələr nəticəsində partlayışlar qeydə alınıb, dəymiş ziyanın həcmi dəqiqləşdirilir.
Baş Qərargah vurğulayıb ki, əməliyyatlar Rusiya qoşunlarının hərbi-iqtisadi və hücum potensialını sistemli şəkildə zəiflətmək məqsədi daşıyır.