BAKI, 11 yanvar. TELEQRAF
Nyu-York həbsxanasında həyat yoldaşı ilə birlikdə saxlanılan Venesuela prezidenti Nikolas Maduro vəziyyətinin yaxşı olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə onun oğlu Nikolas Maduro Gerra Fransanın "Le Monde" qəzetinə açıqlamasında deyib.
"Hər şey qaydasındadır, biz döyüşçüyük” - Maduronun oğlu atasının sözlərini çatdırıb.
Onun sözlərinə görə, Maduro tərəfdarlarını ruhdan düşməməyə çağırıb.