BAKI, 10 yanvar. TELEQRAF

ABŞ prezidenti Donald Tramp ölkəsinin gücünü nümayiş etdirmək üçün Venesuela lideri Nikolas Maduronun oğurlanması kimi qalmaqallı addımlar atmaq məcburiyyətində qala bilər.

Teleqraf xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Fyodor Lukyanov deyib.

Lukyanov qeyd edib ki, Maduronun oğurlanması kimi dramatik addımlar həm ABŞ-nin hələ də əhəmiyyətli imkanlara malik olduğunu, həm də bu imkanları göstərmək üçün qalmaqallı və qeyri-adi metodlara əl atmalı olduğunu nümayiş etdirir:

"2025-ci il ABŞ-nin imkanlarının sonsuz olmadığını, xüsusilə Ukrayna ilə bağlı danışıqlar bu həqiqəti xüsusilə açıq göstərdi. Çünki Vaşinqton Kiyevə təsir etmək üçün kifayət qədər resursa malik deyil. İndi isə ABŞ eyni dramatik və ekzotik yanaşmaları Venesuelada tətbiq etməyə məcburdur".