BAKI, 8 yanvar. TELEQRAF
ABŞ Venesuela ilə bağlı neft resurslarından istifadə etməyi və qiymətləri aşağı salmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "The New York Times"a müsahibəsində bildirib.
O, həmçinin Venesuelaya maliyyə dəstəyi verəcəyini vəd edib.
Prezident eyni zamanda etiraf edib ki, Venesuelanın neft sektorunun bərpası illər tələb edəcək.