BAKI, 8 yanvar. TELEQRAF
Venesuela üzərində ABŞ-nin nəzarətinin müddəti hələlik dəqiq bilinmir və yalnız zaman göstərəcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "The New York Times"a müsahibəsində bildirib.
"ABŞ-nin Venesuela üzərində nəzarəti bir ildən çox davam edəcək. Bunu yalnız zaman göstərəcək",- o deyib.
D. Tramp qeyd edib ki, bu müddət ərzində ABŞ ölkənin neft resurslarından istifadə etməyi və qiymətləri aşağı salmağı planlaşdırır. O, gələcəkdə vəziyyət təhlükəsiz olduqda Venesuelaya səfər etməyi də düşünür.