BAKI, 7 yanvar. TELEQRAF
ABŞ Venesuelanın müvəqqəti hökumətinə təzyiq göstərərək ölkədəki Rusiya, Çin, İran və Kuba diplomatlarının çıxarılmasını tələb edir.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" adları açıqlanmayan ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Bildirilib ki, ABŞ Dövlət Katibi Marko Rubio Vaşinqtonun tələblərini Venesuelanın yeni müvəqqəti Prezidenti Delsi Rodrigezə təqdim edib.
Qeyd edilib ki, yanvarın 5-də Konqres rəhbərliyi ilə qapalı görüşdə ABŞ müəyyən diplomatların qalmasına icazə verib, lakin Rusiya, Çin, İran və Kuba kəşfiyyat və hərbi əməkdaşlarının Venesueladan çıxarılmasını tələb edib.