BAKI, 7 yanvar. TELEQRAF

ABŞ-nin Venesuelaya qarşı hərbi əməliyyatı dünya enerji bazarının və tədarük zəncirlərinin stabilliyinə birbaşa təhdid yaradıb.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Ninq bildirib.

Onun sözlərinə görə, Venesuelaya qarşı zorakı addım ölkənin iqtisadi-sosial stabilliyini və qlobal tədarükü təhlükəyə atıb:

"Vaşinqton uzun müddət ölkənin iqtisadiyyatına qanunsuz və birtərəfli sanksiyalar tətbiq edib. Venesuela ilə birgə enerji layihələri beynəlxalq hüquq və iki ölkənin qanunları ilə qorunur və Çin onların müdafiəsini təmin edəcək".

Bundan əvvəl xarici KİV-lərdə yayılan məlumata görə, Vaşinqton Karakasdan Çin, Rusiya, İran və Kuba ilə iqtisadi əlaqələri dayandırmağı, neft istehsalında isə ABŞ ilə əməkdaşlığa razılıq verməyi tələb edib.

Xatırladaq ki, yanvarın 3‑də ABŞ Venesuelada hərbi əməliyyat keçirib və Prezident Nikolas Maduro ilə həyat yoldaşı Siliya Flores tutularaq ABŞ‑yə gətirilib. Onlar yanvarın 5‑də Nyu‑Yorkun Cənub dairəsi Federal Məhkəməsində ifadə veriblər. Cütlük narkotik ticarəti və digər ittihamlarla üzləşsələr də, özlərini günahsız olduqlarını bildiriblər.