BAKI, 15 mart. TELEQRAF
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iddia edir ki, onun hərbi-dəniz qüvvələrinin fəaliyyəti nəticəsində İran nefti daşıyan bir neçə tanker azad edilib.
Teleqraf xəbər verir ki, bu barədə SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Tangsiri məlumat verib.
O, "X" sosial şəbəkəsində yazıb ki, İran Hərbi Dəniz Qüvvələrinin fəaliyyəti nəticə verib və İran nefti daşıyan bir neçə tanker saxlanmadan azad olunub.
Tangsiri qeyd edib ki, azad edilən tankerlər İrandan minlərlə kilometr uzaqda yerləşirdi. Bununla belə, əməliyyatın konkret necə həyata keçirildiyi barədə əlavə məlumat verməyib.