BAKI, 15 mart. TELEQRAF

Konqo Respublikasında martın 15-də prezident seçkiləri keçirilir.

Teleqraf xəbər verir ki, bu barədə "Journal de Brazza" qəzeti məlumat yayıb.

Seçkilərdə yeddi namizəd iştirak edir. Onların arasında hazırkı 82 yaşlı prezident Denis Sassu-Nqesso da var. Nəşrin məlumatına görə, seçkiqabağı kampaniya ölkədə ciddi insidentsiz və sakit şəraitdə keçib.

Seçici siyahılarında 2,64 milyon nəfər qeydiyyata alınıb. Hərbçilər, polis əməkdaşları və təhlükəsizlik qüvvələrinin nümayəndələri martın 12-də əvvəlcədən səs veriblər ki, seçki günü ictimai asayişi qorumağa tam diqqət ayıra bilsinlər. Onların ümumi sayı təxminən 60 min nəfərdir.

"Africa News" portalının yazdığına görə, seçkilərin favorit namizədi məhz hazırkı dövlət başçısıdır.