BAKI, 15 mart. TELEQRAF
İranın elit hərbi qurumu olan SEPAH Tel-Əvivə, eləcə də ABŞ-nin İraq və Küveytdə yerləşən hərbi bazalarına zərbələr endirdiyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə "Tasnim News Agency" məlumat yayıb.
Məlumata görə, “Doğru vəd-4” əməliyyatının növbəti mərhələsi çərçivəsində Tel-Əvivdəki sənaye infrastrukturu obyektlərinə, həmçinin ABŞ-nin İraqdakı Harir bazasına və Küveytdə yerləşən Əli əs-Salem və Ərifcan bazalarına zərbələr endirdiyini iddia edib.
Bildirilib ki, bu hücum əməliyyatın 52-ci mərhələsi çərçivəsində həyata keçirilib. SEPAH iddia edir ki, ABŞ hərbi obyektlərində yerləşən sənaye zonaları tamamilə məhv edilib.
Bununla belə, İran tərəfi hücumların nəticələri ilə bağlı əlavə təfərrüatlar açıqlamayıb.