BAKI, 13 dekabr. TELEQRAF

Frankfurt-na-Mayne hava limanında gömrük əməkdaşları Anqoladan gələn 53 yaşlı qadın sərnişinin əl yükündə gizlədilmiş 11 270 almaz aşkar ediblər.

Teleqraf xəbər verir ki, bu barədə "DPA" agentliyi gömrük rəsmilərinə və federal polisə istinadən məlumat yayıb.

Bildirilir ki, qiymətli daşlar çantanın ikiqat dibinə yerləşdirilmişdi. Gömrük qaydalarına əsasən, kişi təbii almazları ölkəyə daxil olarkən bəyan etməli və müvafiq sertifikat təqdim etməli idi. O, qaydaları pozduğu üçün saxlanılıb və polis tərəfindən həbsə alınıb.

Almazların dəyəri xüsusi qiymətləndirmədən sonra müəyyən ediləcək.