BAKI, 13 dekabr. TELEQRAF
13 dekabr tarixində Fransanın paytaxtı Parisdə keçirilməsi planlaşdırılan Ukrayna mövzusunda görüş ləğv edilib.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı Polşanın "RMF FM" radiosu öz mənbələrinə istinadən yayıb.
Qeyd olunur ki, hazırda bu məlumatın rəsmi təsdiqi yoxdur.
Xatırladaq ki, daha əvvəl "Axios" portalı ABŞ, Avropa və Ukrayna nümayəndə heyətlərinin 13 dekabrda Parisdə sülh planını müzakirə edəcəyini bildirmişdi.