BAKI, 13 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə dair danışıqlarda böyük irəliləyiş olduğunu bildirib.
Teleqraf xəbər verir ki, o bu barədə 1980-ci il Olimpiya çempionu olan ABŞ hokkey yığmasına fəxri medalların təqdimetmə mərasimində danışıb.
O, çıxışı zamanı Ukrayna böhranını əvvəlcə asan həll olunacaq münaqişə hesab etdiyini, lakin prosesin gözləniləndən çətin olduğunu vurğulayıb.
Tramp ABŞ-nin beynəlxalq arenada səkkiz müharibəni dayandırdığını vurğulayaraq əlavə edib ki, Rusiya-Ukrayna münaqişəsi hələ də davam edir, lakin son həftələr danışıqlarda əhəmiyyətli irəliləyiş qeydə alınıb.