BAKI, 12 dekabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Berlində Avropa liderləri ilə E3 formatında danışıqlarda iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, Zelenski bazar ertəsi günü Almaniya Kansleri Fridrix Mertzin qəbul edəcək. Görüşdə həmçinin Almaniya, Böyük Britaniya və Fransa liderlərinin iştirakı ilə E3 formatında danışıqlar planlaşdırılıb.

Ukrayna Prezidentinin Avropa həmkarları ilə görüşü 15 dekabr tarixində keçiriləcək. Hazırda görüşdə ABŞ nümayəndələrinin iştirak edib-etməyəcəyi məlum deyil. Danışıqların əsas mövzusu Ukraynada sülhün təmin edilməsi məsələsidir.