BAKI, 9 dekabr. TELEQRAF

ABŞ Kamboca-Tailand sərhədində davam edən döyüşlərdən narahatdır.

Teleqraf xəbər verir ki, bu açıqlama ilə ABŞ dövlət katibi Marko Rubio çıxış edib.

“Biz hərbi əməliyyatların dərhal dayandırılmasına, mülki şəxslərin müdafiəsinə və 26 oktyabr Kuala-Lumpur sülh razılaşmalarında qeyd olunan gərginliyin azaldılması tədbirlərinə qayıtmağa çağırırıq” - Rubio qeyd edib.

Dekabrın 7-dən etibarən Tailand-Kamboca sərhədində silahlı toqquşma yenidən başlayıb. Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.