BAKI, 8 dekabr. TELEQERAF

Bu ilin oktyabrında İrəvanda qətlə yetirilən 23 yaşlı çeçen qadın Ayşət Baymuradova Çeçenistan lideri Ramzan Kadırovun qohumu olub.

Teleqraf xəbər verir ki, bu barədə "The Insider" məlumat yayıb.

“Marem” hüquq müdafiə təşkilatının rəhbəri Svetlana Anoxinanın sözlərinə görə, Baymuradovanın nənəsi Çeçenistan lideri Əhməd Kadırovun atasının qardaşı qızı olub.

Ayşətin ailəsi onu uşaqlıqdan zorakılığa, o cümlədən cinsi zorakılığa məruz qoyub. Qətlə yetirilən qadının dostunun atası və babası tərəfindən zorlandığını bildirib. 17 yaşında o, Kadırovun əsgərlərinə təlim keçən atıcılıq üzrə təlimatçı Alsolt Teliyevlə ailə həyatı qurub. Cütlüyün bir övladı var. Ayşətin əri ilə də münasibətləri yaxşı olmayıb.

Hüquq müdafiəçiləri “Dozhd”a bildiriblər ki, Ayşətin qaçması bir ildir ki, planlaşdırılıb. Ermənistana gələndə artıq onu heç kim axtarmırdı; yalnız əri uşağı öldürməklə hədələyib. Ayşət sosial şəbəkələrdə sərbəst olub, fotolarını dərc edib və Çeçenistan rəhbərliyini tənqid edib.

Bəymuradovanın dostu Karina İminova onun Avropaya köçməsinə kömək edəcəyinə söz vermişdi. O, Almaniyaya köçmək istəyirdi.

Oktyabrın 15-də İrəvanda yoxa çıxan Ayşətin meyiti üç gün sonra kirədə qaldığı mənzildə tapılıb. Hadisə şahidlərinin sözlərinə görə, mənzil qan içində olub. A.Baymuradovanın zəhərləndiyi iddia edilir.

Qətl yerinin yaxınlığındakı təhlükəsizlik kameralarında Karina İminova və çeçen Səid-Xamzat Baysarovun görüntüləri var.

“Dojd” xəbər verir ki, sonuncu “Kadırovun pul kisəsi” kimi tanınan iş adamı Ruslan Baysarovun qardaşı oğludur.