BAKI, 8 dekabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Londona səfər edib.

Teleqraf xəbər verir ki, səfər çərçivəsində onun Britaniya, Fransa və Almaniya liderləri ilə görüşü artıq başlayıb.

Onlar Böyük Britaniyanın baş nazirinin iqamətgahında danışıqlar aparırlar.

Zelenski və Starmer həmçinin Aİ və NATO liderləri ilə video müzakirə aparıblar.