BAKI, 7 dekabr. TELEQRAF

Alyaskada 7 bal gücündə zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Təkanlar Yukon şəhərindən 90 kilometr şimalda qeydə alınıb. Zəlzələ 10 kilometr dərinlikdə baş verib.

Sunami təhlükəsi yoxdur. Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.