BAKI, 5 dekabr. TELEQRAF

Rusiya hökuməti Kanada, Fransa və Portuqaliya ilə hərbi sahədə üç əməkdaşlıq sazişini dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Baş Naziri Mixail Mişustinin qərarında qeyd olunub.

Sənədə əsasən, Sovet İttifaqı ilə Kanada hökuməti arasında hərbi səfərlər barədə saziş, həmçinin Rusiya ilə Fransız Respublikasının müdafiə sahəsində əməkdaşlıq sazişi və Portuqaliya Respublikası ilə hərbi sahədə əməkdaşlıq sazişi ləğv edilib.

Qərara uyğun olaraq, Rusiya Xarici İşlər Nazirliyinə Kanada, Fransa və Portuqaliyaya qəbul olunmuş qərardan xəbər vermək tapşırılıb.