BAKI, 5 dekabr. TELEQRAF

Fransa hökumətinin ölkə ərazisində "Shein" onlayn mağazasının fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı müraciətinə dair məhkəmə qərarı 19 dekabr 2025-ci il tarixində açıqlanacaq.

Teleqraf xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.

5 dekabrda keçirilən məhkəmə dinləmələri zamanı platformanın vəkilləri Fransanın hakimiyyət orqanlarının tələbini uyğun olmayan və əsassız adlandırıblar. Onlar vurğulayıblar ki, şirkət Fransa tərəfdən edilən şikayətlərdən sonra bütün qayda pozuntusu törədən məhsulları satışdan çıxarıb.

Eyni zamanda, prokurorluq da saytın fəaliyyətinə qadağa qoyulmasının həddindən artıq olduğunu bildirir. Lakin iddiaçının vəkili qeyd edib ki, dövlət yalnız internet-platformanın müvəqqəti bloklanmasını təklif edir və bu müddət ərzində şirkət gələcəkdə qanunsuz məhsulların satışının qarşısını almaq üçün bir sıra tədbirlər görməlidir.