BAKI, 2 dekabr. TELEQRAF
Rusiyada işsizlik səviyyəsi rekord dərəcədə aşağı — 2,2 faizə düşüb.
Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin VTB-nin “Rusiya çağırır!” adlı 16-cı investisiya forumunun plenar sessiyasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, “ölkəmiz sahibkarlar və investorlar üçün geniş imkanlar təqdim edir və əsas makroiqtisadi göstəricilərin sabitliyi belə fəaliyyətin etibarlılığını təmin edir”.
Oktyabrın 14-də Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin hökumətin strateji sessiyasında çıxışı zamanı Rosstatın məlumatlarına əsasən, avqust ayının yekunlarına görə ölkədə işsizlik səviyyəsinin 2,1% təşkil etdiyini bildirib.
Oktyabrın 1-də isə Federal Dövlət Statistika Xidmətinin hesablamalarına görə, avqust ayında 15 yaşdan yuxarı olan əhalinin sayı 76,5 milyon nəfər təşkil edib. Onlardan 75 milyon nəfəri iqtisadi fəaliyyətlə məşğul olub, yəni rəsmi şəkildə məşğulluq tapıb.
Bundan əvvəl Finlandiyada işsizlik səviyyəsi, Rusiya ilə bağlı xüsusi hərbi əməliyyatların başlanmasından sonra, təxminən iki dəfə artıdığı bildirilmişdi.