BAKI, 14 noyabr. TELEQRAF
Fransa polisi Parisin Monparnas vağzalında bıçaqlı şəxsi odlu silah tətbiq etməklə zərərsizləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə Paris prokurorluğu məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşı özünü öldürəcəyi ilə hədələyən şəxsə qarşı silah işlətməyə məcbur qalıb.
"Şəxs əvvəlcə Parisətrafı bir qəsəbədə həyat yoldaşını və övladlarını hədələyib, daha sonra Monparnas istiqamətinə hərəkət edən qatarla paytaxta gəlib. Polis onu saxlayarkən kişi intihar edəcəyini deyib. Nəticədə polis onu ayağından vuraraq yaralayıb”, – məlumatda qeyd olunub.