BAKI, 14 noyabr. TELEQRAF
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Gürcüstana rəsmi səfərə gedib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Tbilisidə Ararat Mirzoyanla gürcüstanlı həmkarı Maka Boçorişvili arasında təkbətək görüş keçirilib.
Görüşdə ikitərəfli münasibətlərin genişləndirilməsi, eləcə də regionla bağlı məsələlər müzakirə olunub.