BAKI, 13 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ABŞ administrasiyasının ən zarafatcıl adamıdır.

Teleqraf xəbər verir ki, bunu vitse-prezident J.D.Vens "Fox News"a açıqlamasında bildirib.

Vens əlavə edib ki, dövlət katibi və milli təhlükəsizlik müşaviri Marko Rubio administrasiyanın ən zarafatcıl işçiləri siyahısında ikinci yerdədir. Vitse-prezidentin sözlərinə görə, Rubionun inanılmaz yumor hissi var.