BAKI, 3 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bildirib ki, hazırda Ukraynaya "Tomahawk" kruiz raketlərinin verilməsi nəzərdə tutulmur.
Teleqraf xəbər verir ki, bu barədə o, Florida ştatından Vaşinqtona uçuş zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Prezidentə administrasiyasının bu raketləri Kiyevə verib-verməyəcəyi barədə sual ünvanlandıqda Tramp “xeyr” cavabını verib. O əlavə edib ki, gələcəkdə mövqeyi dəyişə bilər, lakin hazırda belə bir plan yoxdur.