BAKI, 25 oktyabr. TELEQRAF

Cənubi Kuril adalarının sahillərində oktyabrın 25-də 5,7 bal gücündə zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmik stansiyasından məlumat verilib.

Zəlzələnin episentri Kunaşir adasındakı Golovnino kəndindən 86 kilometr cənubda yerləşib, ocağın dərinliyi isə 51 kilometr təşkil edib.