BAKI, 20 oktyabr. TELEQRAF

Macarıstanın Baş naziri Viktor Orban həm Rusiya Prezidenti Vladimir Putin, həm də ABŞ Prezidenti Donald Tramp ilə yaxın və konstruktiv münasibətlərə malikdir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

"Viktor Orbanla Tramp arasında kifayət qədər isti münasibətlər, Putinlə isə çox konstruktiv münasibətlər mövcuddur. Bu, son telefon danışığı zamanı əldə olunmuş anlaşmaya çox böyük təsir göstərib və Budapeşti gələcək Rusiya-ABŞ sammiti üçün seçilməsində mühüm rol oynayıb",- o qeyd edib.