BAKI, 18 oktyabr. TELEQRAF

Ukraynada davam edən müharibənin nəticəsi artıq müəyyənləşib, Rusiya qalib gəlib və daha da güclənib.

Teleqraf xəbər verir ki, bu fikri Macarıstanın baş naziri Viktor Orban səsləndirib

Orban bildirib ki, bu mövzuda onun fikrini ABŞ prezidenti Donald Tramp da soruşub.

“Cavab verdim ki, müharibənin nəticəsi artıq həll olunub, ruslar qalib gəlib”, - deyə o vurğulayıb.

O əlavə edib ki, Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək istəyən Avropa liderləri əslində “kənarda oturmağa” məcburdurlar, çünki əsas söhbətləri Moskva və Vaşinqton aparır.